ABŞ Aerokosmik Agentliyi NASA Rusiya ilə birgə Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuş təşkil edəcəyini açıqlayıb.

“Figaro”-un xəbərinə görə, məqsəd stansiyada fəaliyyətin davamlılığını təmin etməkdir. Missiyalarda həm rus, həm də ABŞ raketlərindən istifadə ediləcək.

Sentyabrın21-də amerikalı astronavt Frank Rubio 2 rus kosmonavtla birgə BKS-ya “Soyuz” raketi ilə gedəcək. Eyni ayda stansiyaya yola düşəcək rusiyalı kosmonavt Anna Kikina və 2 amerikalı astronavtı isə stansiyaya “Crew-5” kosmik raketi qaldıracaq.

2023-cü ildə də kosmik uçuşlarda hər 2 ölkənin istehsalı olan raketlərdən istifadə olunacaq.

.