Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin İrəvanda Baş nazir Nikol Paşinyanla görüşüb.

 "Sputnik Armenia" xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Ofisi məlumat yayıb.

Görüşdə Cənubi Qafqazdakı vəziyyət, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

.