Tanınmış aparıcı Nanə Ağamalıyeva və meyxanaçı Namiq Qaraçuxurlu sevgili olduqları barədə yayılan dedi-qoduya son qoyublar. BiG.AZ xəbər verir ki, hər iki məşhur sevgili olmadıqlarını açıqlayıblar. Nanə Ağamalıyeva bildirib ki, sözügedən görüntüləri Kənan MM lentə alıb: "Görüntüləri Kənan MM lentə alıb. Film çəkilişi üçün sevgili olduq, bu qədər... Sonra müəyyən problemlər üzə çıxdı və film yayımlanmadı".




