Azərbaycanda tikinti sektoru havaya buraxılan emissiyaların 21%-ni təşkil edir.

Bunu “Azərbaycanda Yaşıl Tikinti” mövzusunda keçirilən tədbirdə ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev deyib.

M.Babayevin sözlərinə görə, ölkədə aviasiya və gəmiçilik sektorunun emissiyalarda payı 2% ətrafındadır:

"Binalar enerji istehlakının 40%-ni təşkil edir və bundan əlavə tikinti işləri havada böyük miqdarda toz yaradır. Bu da ürək-damar, tənəffüs xəstəliklərinə yol açır".

.