Vitali Kliçko: "İstədiyimizi ala bilməsək, birlikdə hücuma keçəcəyik. Lazım olsa vurulacaq və öləcəyik"

Ukraynanın paytaxtı Kiyevdə müxalifətlə polis əməkdaşları arasında bazar günü axşamdan başlayan qarşıdurmalarda ölənlərin sayı 5 nəfərə çatıb. Müxalifət lideri Vitali Kliçko isə ölkə başçısı Viktor Yanukoviçə ultimatum göndərib. "UDAR" partiyasının sədri bildirib ki, hökumət 24 saat ərzində növbədənkənar seçkilər elan etməzsə, Avropa Birliyi tərəfdarları paytaxt Kievdə hücuma keçəcək.
Vitali Kliçko mövzu ilə bağlı bunları deyib: "Axan qanı dayandırmaq üçün hər şey edəcəyəm. Yanukoviçə yenidən səslənirəm. Bu problemi həll edə bilmək səlahiyyətinə maliksən. Növbədənkənar seçkilərin keçirilməsi qarşıdurmaları dayandıracaq. Nəyin bahasına olursa-olsun məqsədimizə çatacağıq. 24 saata bu yolu fəth edəcəyik. İstədiyimizi ala bilməsək, birlikdə hücuma keçəcəyik. Lazım olsa vurulacaq və öləcəyik. Heç olmasa dürüst və cəsur həyatdan gedəcəyik."
.