“ABŞ və sionist rejimi İranın suveren ərazisinə təcavüz edib. Bu təcavüz nəticəsində xeyli sayda insan həyatını itib. Bu addım BMT-nin Təhlükəsizlik Şurası tərəfindən biganəliklə qarşılanıb”.

Bunu bu gün keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyyid Cəfər Ağayi mətbuat konfransında deyib.

“Onlar elə bildi ki, məqsədlərinə çatacaq. Bu, İrana qarşı təcavüzdür və İran BMT-nin Nizamnaməsinə uyğun özümüdafiə hüququndan istifadə edir. İsrail tərəfi suveren ərazilərimizdəki nüvə obyektlərini hədəfə alıb. Bu addım əlbəttə ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən biganəliklə qarşılanıb”, - diplomat qeyd edib.

O vurğulayıb ki, İsrail İranın Körfəzdəki neft yataqlarını hədəfə alır.

.