
“Ordumuz Tehrandakı önəmli obyektlərə zərbələr endirməyə hazırlaşır. Onların arasında hökumət binaları, strateji əhəmiyyətli obyektlər və qərarların qəbul edildiyi məntəqələr də var”.
Yenizaman İsrail mediasına istinadən xəbər verir ki, bunu bu ölkənin müdafiə naziri İsrael Katz deyib.
“Şübhəsiz ki, Fordo həlli vacib olan problemlərdən biridir. Ümumilikdə isə 10-dan çox nüvə obyekti var ki, məhvinə az qalıb”, - nazir qeyd edib.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Tehran sakinlərinə müraciət edərək, onları təhlükəli ərazilərə səfərlərdən çəkinməyə çağırıb:
“Tehran ərazisində onlarla nüvə obyekti var. Biz onların məhv edilməsinə yaxınıq”.
.