
İsrailin müdafiə naziri İsrael Katz növbəti dəfə İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneini hədələyib.
“ynet” xəbər verir ki, İsrailin müdafiə naziri İranın hədəfə aldığı Holon bölgəsinə səfəri zamanı yerli mediaya açıqlamasında Xameneini öldürməklə hədələyib.
“Xamenei kimi İsrailin məhvini özünə bayraq edən bir diktator mövcudiyyətini davam etdirə bilməz. O, mövcud olmağa davam edə bilməz”, - nazir deyib.
Katz Xameneini “müasir dövrün Hitleri” adlandıraraq əlavə edib ki, İranın Ali Rəhbərinin öldürülməsi İsrailin hərbi əməliyyatlarının əsas hədəflərindən biridir.
.