
Mərkəzi Seçki Komissiyası ötən bələdiyyə seçkilərində vəzifəsinin öhdəsindən istənilən səviyyədə gələ bilməyən seçki məntəqələrinə tövsiyələr verəcək.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyunun 20-də keçirilən iclasında komissiya üzvlərinə tapşırıq verib.
O qeyd edib ki, yalnız dairə seçki komissiyaları ilə deyil, məntəqə seçki komissiyalarının üzvləri ilə də birbaşa iş aparılmalıdır:
"Komissiya üzvlərini bununla əlaqədar yerlərə göndərə bilərik".
.