Apellyasiya instansiya məhkəmələri tərəfindən birinci instansiya məhkəməsi qismində inzibati mübahisələrə baxılma halları artırılıb.

Bu, Dövlət Statistika Komitəsi tərəfindən “Apellyasiya məhkəmələrində inzibati mübahisələrə baxılması haqqında” 2-1a №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” qərara edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Apellyasiya instansiya məhkəmələri tərəfindən birinci instansiya məhkəməsi qismində “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanuna müvafiq olaraq qəbul edilmiş Mərkəzi Seçki Komissiyasının qərarlarının mübahisələndirilməsinə dair iddia üzrə icraata da baxılacaq.

.