Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Yenizaman xəbər verir ki, Məzahir Pənahov bildirib ki, hazırda 6 537 məntəqədən 6102-nin nəticələri daxil olub.

Məzahir Pənahov nəzərə çatdırıb ki, ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:

- İlham Əliyev – 92,05 faiz (4 281 625 səs);

- Zahid Oruc - 2,19 faiz;

- Fazil Mustafa - 2 faiz;

- Qüdrət Həsənquliyev - 1,76 faiz;

- Razi Nurullayev - 0,8 faiz;

- Elşad Musayev - 0,67 faiz;

- Fuad Əliyev - 0,53 faiz;

Beləliklə, ilkin nəticələrə əsasən, İlham Əliyev etibarlı səslərin 92,05%-ni toplayaraq qalib gəlib.

.