PSJ “Roma”nın baş məşqçisi Joze Mourinyo ilə danışıqlar aparmayıb.

Bunu 60 yaşlı portuqaliyalı mütəxəssis açıqlayıb.

O, Fransa klubunun baş məşqçisi Kristof Qaltyenin gözlənilən istefasından sonra bu postu tutacağı ilə bağlı xəbərləri təkzib edib: “PSJ? Əgər onlar məni axtarıbsa da, tapmayıb. Mənimlə əlaqə saxlayan olmayıb”.

Qeyd edək ki, Mourinyo 2021-ci ilin yayından “Roma”nı çalışdırır. Onun “canavarlar”la müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

.