İran Hava Hücumundan Müdafiə Qüvvələri müharibədə ABŞ-la İsrailin 370 təyyarə və dronunun məhv edildiyini açıqlayıb.

Bu barədə İran Hava Hücumundan Müdafiə Qüvvələrinin koordinator müavini briqada generalı Məhəmməd Sadiqiyan bildirib.

Onun sözlərinə görə, bu, qarşı tərəf üçün gözlənilməz olub, çünki onlar genişmiqyaslı hücum nəticəsində müharibənin ilk günündə İranın bütün Hava Hücumundan Müdafiə radarlarını məhv etdiklərini düşünürdülər.

Sadiqiyan əlavə edib ki, iki gün ərzində Fars körfəzi sularında Amerikanın MQ-9 strateji pilotsuz təyyarəsi vurulub.

.