Rusiya Ukraynanın mülki aviasiyaya qarşı təhdidləri ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibinə təcili müraciət göndərib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Rusiya mülki aviasiyanın təhlükəsizliyini təmin etməyə güzəştsiz sadiqdir.

“Rusiya Ukrayna hakimiyyəti tərəfindən Rusiya hava məkanının iddia edilən təhlükəliliyi ilə bağlı verilən NOTAM bildirişlərini qəti şəkildə rədd edib. Moskva ICAO-nu Kiyevin mülki aviasiya fəaliyyətinə qanunsuz müdaxiləsini və ona birbaşa təhdidlər yaratmasını pisləməyə və Ukraynanın aviasiyanı təhdid edən hərəkətlərinə son qoymaq üçün məqsədyönlü tədbirlər görməyə çağırıb”, - Rusiya XİN-in məlumatında bildirilib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hava məkanını qapadacaqları ilə bağlı Moskvanı təhdid edib.

.