Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, istintaq orqanının təqdimatı təmin olunub və təqsirləndirilən 6 nəfərin hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlara Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.

***

Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan şəxslər barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

Hazırda təqdimata Xətai Rayon Məhkəməsində baxılır.

Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.

.