“Ermənistanın mülki vətəndaşlara qarşı törətdiyi vəhşiliklərə susmaq onların cinayətlərinin bir hissəsi olmaq deməkdir”.

Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanın işğalçı ordusunun Azərbaycanın Gəncə və Mingəçevir şəhərində mülki yaşayış yerlərini raket atəşinə tutmasını, nəticədə, günahsız dinc sakinlərin ölməsini şərh edərkən bildirib.

“Ermənistan müharibə cinayətləri həyata keçirməyə, mülki şəxsləri öldürməyə davam edir. Uşaqlar da daxil olmaqla, günahsız insanları öldürür.

Bu vəhşiliyə susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir. İnsanlıqdan nəsibini almayanlar törətdikləri cinayətlərin cavabını verəcək. Hər zaman can Azərbaycanın yanındayıq”, - deyə Türkiyənin xarici siyasət qurumunun rəhbəri vurğulayıb.

Ermenistan savaş suçu işlemeye, sivilleri katletmeye devam ediyor. Çoluk çocuk demeden masum insanları öldürüyor.Bu vahşete sessiz kalmak, bu cinayetlere ortak olmak demektir. İnsanlıktan nasibini almayanlar işledikleri suçun hesabını verecek. Can #Azerbaycan’ın daima yanındayız.

— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) October 17, 2020

.