Moskvanın Yaroslavl, Leninqrad və Kazan vağzallarında partlayış təhlükəsi haqqında xəbərdən sonra insanlar təxliyyə edilib.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda paytaxtın hüquq-mühafizə orqanlarından bildirilib.

Polisə mümkün partlayış haqqında anonim zəng bazar ertəsi daxil olub. Sözügedən vağzallara hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları gəlib. Xidməti itlərlə ərazilərdə müayinə aparılır.

Məlumata görə, anonim zəng edən şəxsin tutulması üçün işlər görülür.
.