Moskva vilayətində Ukrayna xüsusi xidmət orqanlarının müdafiə müəssisəsinin rəhbərinə qarşı terror aktı təşkil etmək cəhdinin qarşısı alınıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, Moskva vilayətində terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər əvvəllər Ukraynadan olan telefon fırıldaqçılarına kömək ediblər.

Qeyd olunub ki, saxlanılan şəxslər müdafiə müəssisəsi rəhbərinin avtomobilini partlatmağa hazırlaşdıqlarını etiraf ediblər. İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsindən isə bildirilib ki, hərbi sənaye kompleksi müəssisəsinin rəhbərinə qarşı terror aktı planlaşdırdıqları üçün saxlanılan şəxslərə 1 milyon rubl veriləcəyi vəd edilib.

.