Rusiyanın paytaxtında kişi qadın və uşağı evin pəncərəsindən atıb, hər ikisi ölüb.

TASS-a Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, meyitlərin tapılması ilə bağlı cinayət işi açılıb.

“Moskvanın cənub-şərqində baş verən insidentlə bağlı cinayət işi açılıb. İstintaqın məlumatına görə, avqustun 25-də Moskvanın Krasnokazarmennaya küçəsində yerləşən yaşayış binasının yaxınlığında hündürlükdən yıxılmağa xas xəsarətlər olan qadın və uşaq meyitləri aşkar edilib. Hazırda paytaxtın İstintaq Komitəsinin müstəntiqləri hadisə yerində işləyir", - məlumatda deyilir.

Hüquq-mühafizə orqanları bildirib ki, qadını və azyaşlı uşağı mənzilin pəncərəsindən atdığı iddia edilən şəxs əşyaları yerə atmaqda davam edir. “Fövqəladə vəziyyətin baş verdiyi mənzilə hələ də daxil olmaq mümkün olmayıb”, - deyə agentliyin həmsöhbəti bildirib. Ehtimal olunur ki, kişi qeyri-adekvat vəziyyətdədir.

.