
Bu gün Moskvada yaşayış binasında partlayış zamanı rusiyalı general İqor Kirillov və onun köməkçisi İlya Polikarpov həlak olub. Rusiyanın İstintaq Komitəsi bildirib ki, partlayıcı qurğu binanın giriş hissəsində olan skuterə yerləşdirilib.
Rusiya mediasında partlayış anının görüntüləri yayılıb.
Video partlayış baş verən binanın önündə park edilmiş avtomobilin kamerası vasitəsilə lentə alınıb. Görüntülərə əsasən, Kirillov və Polikarpov binadan çıxdıqda partlayış baş verib.
İstintaq hadisəni törədən şəxslərin həmin avtomobillə hadisə yerinə gəldiklərini ehtimal edir. Belə ki, maşındakı kamera binanın giriş hissəsinə tərəf yönləndirilib.
.