13-15 noyabr 2018-ci il tarixlərində Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilmişdi.

Görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə əlaqədar məsələlər üzrə müzakirələr keçirilmişdir, 2019-cü il üçün Komissiyanın iş planı təsdiq olunmuş və iclasın protokolu imzalanmışdı.

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutmuşdu.

Birgə Komissiyanın növbəti iclasının Azərbaycan Respublikasının ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaqdı.

.