Moskvada naməlum şəxs 3 polis əməkdaşını və 2 mülki şəxsi yaralayıb.
Teleqraf.com RİA Novosti-ya istinadən verdiyi məlumata görə, polis əməkdaşları naməlum şəxsi saxlamağa çalışan zaman xəsarət alıblar. Hadisə Yelninsk küçəsindəki yaşayış binasının həyətində baş verib.
Naməlum şəxsin ov tüfəndindən açdığı atəş nəticəsində 22 və 26 yaşlı gənclər xəsarət alıb. Artıq polis 5 nəfərin yaralanması ilə nəticələnən atışmanı törədənin şəxsiyyəti müəyyən edilib.
.
