
Rusiyanın paytaxtın Moskvaya yenə PUA hücumu olub.
Bu barədə Moskva meri Sergey Sobyanin “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya uçan 6 pilotsuz uçuş aparatını məhv edib.
“Rosaviasiya” PUA hücumu səbəbilə Moskvanın Domodedovo, Vnukovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.
Bildirilib ki, hava limanları reysləri qəbul etmir və göndərmir.
.