Moskva Seul PURL proqramında iştirak edəcəyi halda ona qarşı müvafiq cavab tədbirləri, o cümlədən asimmetrik tədbirlər görməyə məcbur olacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.
Moskva Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin Ukraynaya dəstək tədbirlərində, o cümlədən ABŞ istehsalı silahların Ukraynaya tədarükü üzrə NATO-nun təşəbbüsü olan PURL proqramında iştirak etmək istəkləri haqda bəyanatına belə sərt reaksiya verib.
.
