Türkiyə, Rusiya və İran xarici işlər nazirləri arasında Moskvada keçirilən Hələb görüşündə ortaq  qərar açıqlanıb. 

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən, hər 3 ölkə Suriyada münaqişənin siyasi həllini tapmaq üçün proses başlanıb. 
 
***
 
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif güman edir ki, hər üç ölkə Hələb şəhərinə humanitar yardımın çatdırılmasına nail ola biləcəklər: "Biz Suriya böhranının siyasi həllini tapmaqla bağlı əməkdaşlığa başlayırıq. Biz etiraf edirik ki, bu böhranın başqa yolla həll mümkün deyil. Hələbdən silahlı qruplaşmaları çıxardıqdan sonra şəhər normal həyatına dönə biləcək".

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Moskva görüşü Suriyadakı vəziyyətin nizamlanması üçün həlledicidir: "Siyasi həll - bu, bizim inandığımız ən yaxşı qərardır. Biz siyasi həllə fokuslanmalıyıq. İnanıram ki, bu həlledici görüş olacaq. İlk dəfədir bu formatda görüşürük. Hələb ətrafında əməkdaşlığımız artıq öz tövhəsini verib. Suriyanın digər bölgələri üzrə də bu həll yolundan istifadə etməyə çalışacağıq". 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşün məhsuldar keçdiyini bildirib.
.