İtaliyalı aktrisa və model Monika Belluçi Parisdə “Cartier” zərgərlik evinin təşkil etdiyi qala şam yeməyinə qatılıb.

57 yaşlı məşhur “Instagramda” bunula bağlı foto paylaşıb.

 

“Chanel”  brendinin qara və dərin dekolteli geyimində poz verən aktrisa obrazını iri boyunbağı və “smoky eyes” stilində makiyajı ilə tamamlayıb.

Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib.

“Dünyanın ən gözəl qadını”, “Görünüşünüz sadəcə heyrətamizdir”, “Sadəcə möhtəşəm!”, “İllər keçdikcə daha yaxşı görünürsünüz”, “Monika, sən gözəlsən”, “Təbii gözəllik”, “Belələri artıq yoxdur”, - deyə pərəstişkarları şərhlərdə fotoya heyranlıqlarını bildiriblər.

.