Moldova Ukrayna üzərindən Rusiya qazının tranzitinin dayandırılmasından sonra ölkədə elektrik enerjisi istehsalının artırılması və Rumıniyadan tədarük hesabına elektrik enerjisi ilə təmin ediləcək.

Bu barədə Energetika Nazirliyinin saytında 2025-ci il yanvarın 1-dən yarana biləcək elektrik enerjisi çatışmazlığının kompensasiyası planında qeyd edilib.

“Dnestr çayının sağ sahilində elektrik enerjisinin fasiləsiz təchizatını təmin etmək üçün qış mövsümündə pik saatlarında 850 MVt-a çatan istehlak yükünü qarşılamaq lazımdır. Dnestr çayının sağ sahilində biz bütün daxili istehsal mənbələrini – “Termoelektrika” və “TES Nord” istilik elektrik stansiyalarını səfərbər edəcəyik ki, bu da təxminən 200 MVt istehlak bazasını təmin edəcək. İstilik elektrik stansiyalarında istehsal gücünü artırmaq üçün hələ də ehtiyatlarımız var”, – məlumatda bildirilib.

Qeyd olunub ki, daha 100 MVt-ın Rumıniyanın “Çernavode” atom elektrik stansiyasından alınması artıq razılaşdırılıb, eyni həcmdə elektrik enerjisi Rumıniyanın Braz şəhərindəki “OMV Petrom” istilik elektrik stansiyasından alınacaq. Təxminən 10 MVt Kosteşti-Stınka su elektrik stansiyası tərəfindən təmin ediləcək. Həmçinin Moldova Energetika Nazirliyi Rumıniyanın OPCOM elektrik enerjisi birjasından 200 MVt-a qədər elektrik enerjisi almağı nəzərdən keçirir.

.