Hindistan Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsi yaxın həftələrdə Fransadan 26 ədəd “Rafale Marine” qırıcı təyyarələrinin alınması və üç ədəd “Scorpene” sinifli sualtı qayığın birgə inşasına dair təklifi nəzərdən keçirməyi planlaşdırır.
Bu barədə “Hindu” nəşri məlumat yayıb.
Sazişin məbləğinin on milyard dollardan çox olduğu deyilir.
"Bu iki sazişin yaxın bir neçə həftə ərzində təsdiqlənmək üçün Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsinə təqdim ediləcəyi gözlənilir", - nəşrin mənbələri bildirib.
Hindistanın Baş naziri Narendra Modi fevralda Parisə səfər etməyi planlaşdırır. Səfər çərçivəsində ölkənin Hərbi Dəniz Qüvvələri üçün “Rafale” qırıcıları və “Scorpene” sualtı qayıqlarının alınmasına dair sazişlər bağlana bilər.
.