"Ölkələrimiz arasında tələbə mübadiləsini nəzərdə tutan müqavilənin müddəti 2014-cü ildə bitib. Misir müqavilənin yenilənməsini istəyir".
APA-nın Misirə ezam olunmuş müxbiri xəbər verir ki, bunu bu ölkənin ali təhsil naziri Əşrəf əl-Şiha azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, tələbə mübadiləsini nəzərdə tutan müqavilə əsasında 100-dək misirli tələbə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olunub, onların yarısı artıq təhsilini başa vuraraq Misirə qayıdıb: "Onların əksəriyyəti tibb, geologiya, riyaziyyat səhəsi üzrə təhsil alırlar".
Azərbaycanlı tələbələrin isə Misir universitetlərinin dil və din bölmələrində təhsil aldıqlarını deyən Əşrəf əl-Şinanın sözlərinə görə, Misirin SOHAC Universiteti ilə ADA Universiteti arasında tələbə mübadiləsinə dair danışıqlar gedir: "Xəzər Universitetinin rektoru da Misirdə olub, əməkdaşlıq məsələlərini müzakirə edib. Misirlə Azərbaycan arasında əməkdaşlığın elmi tədqiqat sahələrində də inkişaf etdirilməsini vacib hesab edirik
.
