Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığı aparıb.

Ermənistan XİN-i xəbər verir ki, tərəflər üçüncü ölkə vətəndaşlarının İrandan Ermənistan ərazisi vasitəsilə təxliyəsi məsələsinə toxunublar.

Eyni zamanda, Mirzoyan və Kallas Aİ-Ermənistan əlaqələri və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini də müzakirə ediblər.

.