"Azadlıq” radiosunun Azərbaycan redaksiyasının sabiq rəhbəri Mirzə Xəzər aktiv siyasi fəaliyyətə başlayır.
AzNews.az-ın məlumatına görə, M. Xəzər bunun üçün Milli Şuraya üzv olmaq istəyir.
Onun hətta quruma üzvlük üçün artıq müraciət etməsi də aldığımız məlumatlar sırasındadır.
Məsələylə bağlı Milli Şuranın sədri Cəmil Həsənli xəbəri təsdiqləyib. O bildirib ki, belə bir müraciət ərizəsi Milli Şuraya daxil olub və yaxın vaxtlarda bu məsələ müzakirə ediləcək:
"Biz gələcək sessiyaların birində Mirzə Xəzər də daxil olmaqla quruma üzv olmaq üçün müraciət edən bütün ərizələrə baxacağıq”. C. Həsənli Milli Şuraya müraciət edənlər arasında başqa tanınmış şəxslərin olduğunu da qeyd edib.
.