
Belarusun paytaxtı Minsk şəhərində “Qayıdış, miqrasiya, sabitlik: Azərbaycan təcrübəsi” adlı dəyirmi masa keçirilib.
Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Belarus ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın “Uzundərə” musiqisi əsasında milli rəqs ilə başlayan tədbir Qərbi Azərbaycanla bağlı çıxış və məruzələrlə davam edib.
Çıxışlarda Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların yaşadığı dəhşətlər, insanların müxtəlif illərdə üzləşdiyi deportasiya hadisələri, beynəlxalq hüquq pozuntuları, “Qərbi Azərbaycana Qayıdış Konsepsiya” sənədi haqqında məlumatlar diqqətə çatdırılıb.
İctimai Birliyin sədri İlqar Hüseynli tərəfindən miqrasiya məsələləri, Azərbaycan və Belarus Respublikaları arasında əməkdaşlıq münasibətləri barədə geniş təqdimat edilib.
Sonda təqdimatlara dair müzakirələr aparılıb, suallar cavablandırılıb.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
.