Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, son 2 gün ərzində daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyatlar zamanı şəhər ərazisindən 2 ədəd “Kalaşnikov” markalı avtomat, 500-ə yaxın avtomat silahına məxsus patron, 3 ədəd daraq , 6 qumbara və 5 ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

.