Milli Məclisin iclasında çıxış edən deputat Zahid Oruc Türkiyədə baş verənlərlə Azərbaycandakı bağlılıqlar haqqında medaida dərc olunan yazılara etiraz etdi: "Son günlər guya bizim parlament üzvlərindən də kimlərinsə nurçulara bağlı olduğu, kiminsə qara müsahibatlıqdan maaş aldığı gündəmə gətirilir. Türkiyədəki hadisələri bizim içərimizə keçirmək, 20-dən artıq deputata yönəlik iddialar səsləndirmək çox yanlışdır. Kimin adı yazılıb, bu, o qədər də önəm daşımır”.
O.Əsədov isə ona belə reaksiya verib: "Ay hörmətli Zahid müəllim, deyirsən, bu sünidir, şərdir. Niyə bu süni, artıq söhbətləri parlament səviyyəsinə qaldırırsan? Bu, heç parlament səviyyəsində qaldırılmalı məslə deyil”.
Asim Mollazadə Ukraynadakı hadisələrdən danışdı. Azərbaycan xalqı çox istəyir ki, Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təmin olunsun. Biz Ukrayna ilə müttəfiqik, bu ölkəyə dəstəklə bağlı Azərbaycan beynəlxalq təşkilatlarda da öz dəstəyini ifgadə etməlidr.
Qüdrət Həsənquliyev Xocalı soyqırımından keçən 22 il ərzində bu qətliamı törədənlərin cəzalandırlmasına nail ola bilmədiyimizdən təəssüfünü ifadə etdi. Deputat bildirdi ki, bu, beynəlxalq aləmin ikili standartlarının nəticəsidir. Q.Həsənquliyev ATƏT-in Minsk Qrupunun həmsdərlərinin fəaliyyətini pisləməyə, Azərbaycan hüquq mühafizə orqanlıarının erməni cinayətkarlarını zərərsizləşdirmək üçün hərəkətə keçməyə çağırdı.
Azərbaycan hökumətinin qətiyyətli mövqeyi olmasaydı, Türkiyə Ermənistanla sərhədləri açmışdı. Q.Həsənquliyev işğala son qoymaq üçün heç kimdən kömək gözləməməyə çağırdı.
O.Əsədov dedi ki, bu müzakirələrdə Azərbaycan digər məsələlərdən yox, öz problemlərindən, Xocalı həqiqətlərini dünyaya yaymağın yollarından danışılmalıdır: "Biz Xocalı soyqırımını dünyaya tanıtmalı, göstərməliyik ki, ermənilər yazıq, miskin yox, yırtıcı xalqdır”.
Bəxtiyar Əliyev dedi ki, erməni cinayətlərinə, Xocalı soyqırmına həmsədrlər də ədalətli qiymət versəydi, indiki vəziyyət hökm sürməzdi. O da həmsədrlər qarşısında konkret məsələrlə qoymağa çağırdı.
B.Əliyev ötən iclasda Gömrük Komitəsi ilə bağlı tənqidi fikirlərinə də düzəliş verdi.
Fazil Mustafa dedi ki, Xocalı soyqırımı ilə bağlı əlimizdə kifayət qədər faktlar var və onu sübut etmək şansı böyükdür. Avropa Şurasına hər dəfə gedəndə PKK-çıların PKK və Öcalanın təbliği ilə bağlı materialları təqsirm edirlər. Hər il Xocalı soyqırmı ərəfəsində Xocalı haqqında materaiallar Azərbaycanın səfirlikləri tərəfikndən bütün ölkələrin nazirliklərinə göndərilsin. Ermənilər 100 ildir qondarma soyqırımla bağlı təbliğat aparır.
F.Mustafa Qarsda Azərbaycan və Türkiyə hərbi qüvvələrinin Xocalı soyqırımı ərəfəsində hərbi təlimlər keçirməsini də təqdir etdi: "Yaxşı olar ki, bu tədbirlərin bir hissəsi 24 aprel, bir hissəsi Xocalı soyqırımı ərəfəsində keçirilsin”. Türkiyə XİN-in başçısı Gəncəyə gəldi və Nuru Paşanın qaldığı evi ziyarət etdi: "Yaxşı olar ki, o evin qarşısında bir büst, lövhə qoyulsun ki, gələnlər ora gül-çiçək qoysun”.
Fərəc Quliyev dedi ki, Xocalı soyqırmını tanıyan ölkələrə təşəkkür məktubu göndərməli və onların işğalçılara qarşı sanksiya tətbiq edilməsi üçün prosesə dəstək vermək təşəbbüsünü qaldırı.
F.Quliyev MM-də Qarabağ Komitəsinin yaradılmaslını, Qarabağ dinləmələrinin keçirilməsini, Ukraynaya dəstək verilməsini təklif etdi.
Spiker isə ona cavab verdi: "Fərəc müəllim, biz nə vaxt Ukraynanın müstəqilliyini tanımamaşıq? Ukrayna bizim strateji tərəfdaşımızdır”.
.