Milli Məclisin bu günki iclasında sədrinin müavinləri seçilib

Milli Məclis sədrinin birinci müavini vəzifəsinə deputat Əli Əhmədov seçilib.

Deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov isə Milli Məclis sədrinin müavinləri seçiliblər.

Milli Məclisin komitə sədrləri seçilib

Milli Məclisin daha 11 komitəsinə sədr seçilib.

Aşağıdakı komitələrə sədr seçilib.

- Arzu Nağıyev - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri

- Zahid Oruc - İnsan hüquqları komitəsinin sədri

- Sadiq Qurbanov - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədri

- Tahir Rzayev - Aqrar siyasət komitəsinin sədri

- Musa Quliyev - Əmək və sosial siyasət komitəsinin sədri

- Əhliman Əmiraslanov - Səhiyyə komitəsinin sədri

- Hicran Hüseynova - Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri

- Şahin İsmayılov - Gənclər və idman komitəsi

- Fazil Mustafa - İctimai birliklər və dini qurumlar komitəsinin sədri

- Polad Bülbüloğlu - Mədəniyyət komitəsinin sədri

- Səməd Seyidov -Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri

-Anar İsgəndərov - Elm və təhsil komitəsinin sədri

Milli Məclisin komitə sədrlərinin müavinləri seçilib

Bu gün VII Çağırış Milli Məclisin ilk iclasında parlamentin komitə sədrlərinin müavinləri seçilib.

Parlamentin komitə sədrlərinin müavinləri aşağıdakı şəxslər olub:

- Hüquq siyasəti və dövlət quruculuğu komitəsi – Elşən Musayev

- Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi – Qüdrət Həsənquliyev

- İnsan hüquqları komitəsi - Arzuxan Əlizadə

- Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi –Fatma Yıldırım

- İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi – Azər Badamov

- Aqrar siyasət komitəsi – Razi Nurullayev

- Əmək və sosial siyasət komitəsi – Elşad Musayev

- Səhiyyə komitəsi – Rəşad Mahmudov

- Ailə, qadın və uşaq məsələləri komitəsi –Jalə Əliyeva

- Gənclər və idman komitəsi – Könül Nurullayeva

- İctimai birliklər və dini qurumlar komitəsi - Sahib Alıyev

- Regional məsələlər komitəsi –Nurlan Həsənov

- Elm və təhsil komitəsi – Fariz İsmayılov

- Mədəniyyət komitəsi –Günay Əfəndiyeva

- Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi – Nigar Arpadarai

Bununla da yeddinci çağırış Milli Məclisin birinci iclası başa çatıb.

 

.