Azərbaycan startaplar üçün hab rolunu oynaya bilər.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən "Baku ID" (Baku İnvestment Day) festivalında deyib.

“Biz olduqca cəlbedici investisiya layihələri təqdim edə bilərik. Daha çox investisiya və ideya cəlb etməliyik”, - o bildirib.

M.Cabbarov həmçinin vurğulayıb ki, Azərbaycan hazırda “yaşıl enerji” sahəsində regionun liderinə çevrilir: “Bu, Azərbaycan torpaqların işğaldan azad olunması və yeni kontekstlə - regionun “yaşıl zona”ya çevrilməsi ilə bağlıdır”.

Nazirin sözlərinə görə, Azərbaycan coğrafi baxımdan Cənubi Qafqaz və Mərkəzi Asiya arasında körpüdür.

.