Fransanın "Marsel" klubunun futbolçusu Dmitri Payetin cəzasının müddəti uzadılıb.
Buna 36 yaşlı yarımmüdafiəçinin "Lens"ə uduzduqları Liqa 1-in XXXIV tur matçında rəqibin məşqçisi Yannik Kauzakı şillə ilə vurması səbəb olub.
Payet beş oyunluq diskvalifikasiyaya məruz qalıb.
Qeyd edək ki, qarşılaşma "Marsel"in 1:2 hesablı məğlubiyyəti ilə bitib.
.