NATO və ya Avropa İttifaqına üzv ölkələrin hərbçilərinin Ukraynaya göndərilməsi məsələsi gündəmdə deyil.

Bunu Almaniya kansleri Fridrix Merts İtaliya Baş naziri Corcia Meloni ilə görüşdən sonra bildirib.

“Bu istiqamətdə heç bir qərar yoxdur, NATO və Aİ hərbçilərinin Ukraynaya göndərilməsi mövzusu müzakirə olunmur”, – kansler qeyd edib.

Almaniya kansleri əlavə edib ki, hazırda əsas diqqət atəşkəsin əldə olunmasına yönəlib.

Öz növbəsində, Baş nazir Meloni də bu ideyaya hər zaman skeptik yanaşdığını vurğulayıb.

.