“Bakı, Sumqayıt və Abşeronda yerləşən tibb müəssisələrində həyata keçirilən struktur dəyişiklikləri demək olar, başa çatıb”.

Bunu 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.

Mərkəz direktoru bildirib ki, struktur dəyişikliyinin mövcud iş rejiminə heç bir təsiri yoxdur: “Bir neçə tibb müəssisəsinin birləşməsi nəticəsində ixtisar olunma faktı yoxdur. Sadəcə müəyyən şöbələr birləşdirilərək optimallaşma prosesi gedir. Bir sözlə ixtisar yoxdur və gələcəkdə də olmayacaq”.

.