Ermənistan prezidenti Serj Sərkisyan və Almaniya kansleri Angela Merkel arasında görüş keçirilib.
ANS PRESS-in məlumatına görə, görüşdən sonra mətbuat konfransı təşkil edilib.
Sərkisyanın Almaniya prezidenti Yoaxim Qauk, Bundestaqın rəhbəri Norbert Lammertom, ATƏT-in hazırkı sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşü planlaşdırılır. Sərkisyanın səfəri 2 gün davam edəcək.
Görüşlərin əsas mövzusu isə Dağlıq Qarabağ münaqişə zonasında vəziyyətin kəskinləşməsi olub. Cəbhədə vəziyyətin gərginləşməsi Ermənistan rəhbərliyini narahat etməyə başlayıb.
Xatırladaq ki, Sərkisyanın Berlinə gəlişini orada yaşayan azərbaycanlılar etirazla qarşılayıblar.
.