Nepalın qərbində məktəbliləri daşıyan avtobusun dərəyə aşması nəticəsində azı 23 nəfər həlak olub, 14 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
TASS xəbər verir ki, avtobus dekabrın 21-də axşam saatlarında qəzaya uğrayıb. Hadisə zamanı avtobusda yerli kollecin 16-20 yaş arasında 34 şagirdi və onları müşayiət edən 2 müəllim olub.
İlkin məlumata əsasən, sürücü dağ yolunda idarəetməni itirib və avtobus 700 metr hündürlükdən dərəyə aşıb. Hazırda hadisə ilə bağlı təhqiqat aparılır.
.
