Meksikada pirotexnika bazarında baş verən partlayış nəticəsində 9 nəfər dünyasını dəyişib. 

Yenizaman.az xəbər verir ki, Meksikanın Tultepek əyalətində faciə baş verib. Ölkənin ən böyük fişəng fabrikinin yaxınlığındakı bazarda partlayış olub. 70 nəfərdən çox insan xəsarət alıb, 9 nəfər həlak olub. Hadisə yerində xialsedicilər çalışır. Partlayışın baş vermə səbəbləri hələ ki, araşdırılır. 

Tultepek vilayətində bu il ərzində baş verən üçüncü partlayışdır. Bu partlayışlar nəricəsində 3 nəfər dünyasını dəyişib.


 

.