Məhkəmə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanı həbsdə saxlayıb.

Yenizaman “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə vəkil Andranik Manukyan bildirib.

Anti-Korrupsiya Məhkəməsi müdafiə tərəfinin vəsatətini rədd edərək Tonoyanın həbsdə qalmasına qərar verib.

Tonoyan yararsız aviasiya sursatları almaqda ittiham olunur. O, 2021-ci ilin sentyabrında həbs edilib.

.