Rusiya ümumilikdə Ukrayna ilə danışıqlardan razıdır və təmasları davam etdirməyə hazırdır.

Bunu İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna mümkün gələcək atəşkəs barədə öz baxışlarını ətraflı şəkildə təqdim edəcəklər:"Moskva danışıqları davam etdirməyə hazırdır ".

Medinski Rusiya və Ukraynanın yaxın vaxtlarda 1000/ 1000 əsir mübadiləsi aparacaqlarını söyləyib.

O, Rusiyanın Ukraynanın liderlər arasında birbaşa danışıqlara dair tələbini nəzərə aldığını da qeyd edib.

.