Rusiyanın mədəniyyət nazirinin müavinlərindən biri mənimsəmə faktı üzrə cinayət işi ilə bağlı saxlanılıb. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, onu xüsusi xidmət orqanının əməkdaşları martın 15-də Rostovda tutublar.
Hüquq-mühafizə orqanlarındakı mənbə saxlanılanın Rusiya mədəniyyət nazirinin müavini Qriqori Pirumov olduğunu bildirib. Qeyd edilir ki, o, Rostova "şəxsi işi ilə bağlı” gəlibmiş.
Mənbənin sözlərinə görə, nazir müavini artıq Moskvaya gətirilib.
.
