MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2020-ci il oktyabrın 16-da Daşkənd şəhərində keçiriləcək.

"İnterfax” xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev məlumat verib. 

Onun sözlərinə görə, gələn il təşkilatın həmsədrləri vəzifəsini Türkmənistan və böyük ehtimalla 2021-ci ildə sədrliyi təhvil alacaq Belarus yerinə yetirəcəklər.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən səs qoyulan məsələ yekdilliklə qəbul olunub.
.