Moldova Avropa İttifaqına (Aİ) daxil olmaqla bağlı öhdəliklərinə sadiqdir.
Bu barədə Moldova Prezidenti Maya Sandu “X”də paylaşım edib.
“İslahatlardakı irəliləyişimizin və çətinliklər qarşısındakı dayanıqlılığımızın Aİ Şurası tərəfindən tanınmasından çox şadıq”, - M.Sandu əlavə edib.
O, Avropanın gələcəyini birlikdə qurduqlarını vurğulayıb:
“Biz ədliyyə sahəsində islahatları dərinləşdirmək, korrupsiya ilə mübarizə aparmaq və enerji təhlükəsizliyini gücləndirməklə Aİ-yə üzvlük öhdəliyimizə sadiq qalırıq. Birlikdə Avropanın gələcəyini qururuq”.
Xatırladaq ki, Aİ təşkilata üzvlüklə bağlı 2024-cü il iyunun 25-də Moldova ilə danışıqlara başlayıb. İyul ayında danışıqların ikinci mərhələsinə start verilib. Oktyabrın 20-də isə Moldovanın Aİ-yə daxil olmasına dair referendum keçirilib.
.