Amerikalı milyarder İlon Mask Demokratlar Partiyasının prezidentliyə yeni namizədi, vitse-prezident Kamala Harrisi qalmaqallı iş adamı Corc Sorosun oğlu Aleksandr Sorosun marioneti adlandırıb.

Mask bu barədə Aleksandr Sorosun Harrisin ən yaxşı və ixtisaslaşmış namizəd olduğuna dair açıqlamasına cavab olaraq, sahibi olduğu "X" platformasında yazıb.

"Aleksandr Sorosa növbəti marionetinin kim olacağına dair heç kimdə şübhə yaratmadığına görə sadəcə təşəkkür etmək istəyirəm", - Mask yazıb.

 

Qeyd edək ki, iyulun 21-də ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini açıqlayıb. O, prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

.