Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin bu ay üçün Azərbaycana nəzərdə tutulan səfəri təxirə salınıb. Gürcüstan parlamentinin azərbaycanlı deputatı Əli Məmmədov da məlumatı təsdiq edib.
Deputat bildirib ki, yanvar ayında nəzərdə tutulan səfərin təxirə salınmasının səbəbi hər iki ölkənin dövlət başçılarının işlərinin çox olması ilə bağlıdır.
"Hər iki tərəfin işləri çox olduğu üçün səfər təxirə salındı. Yenidən səfərin nə vaxta planlaşdırılması barədə məlumatım yoxdur. Amma gözlənilir ki, Türkiyədən sonra ikinci səfəri Marqvelaşvili Azərbaycana etsin”-deyə, Əli Məmmədov qeyd edib.
Xatırladaq ki, Marqvelaşvilinin hələ ötən ilin sonlarında Bakıya səfər edəcəyi planlaşdırılmışdı. Sonradan gürcü rəsmilər tərəfindən bu səfərin cari ilin yanvar ayına keçirildiyi bəyan edilib. Gürcü prezidentin Azərbaycana gəlişi gözlənilsə də o, ilk səfərini Türkiyəyə etdi./azvision.az/
.