ABŞ-nin 17 şirkəti Macarıstan iqtisadiyyatına investisiya yatırmağa hazır olduğunu bildirib, bu da ABŞ biznesinin bu ölkəyə artan marağını göstərir.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında bildirib.

"Bu, Macarıstanın izolyasiya olunduğunu düşünənlər üçün əksinin sübutudur. Artıq ABŞ-nin 17 şirkəti iqtisadiyyatınıza investisiya yatırmağa, burada baş verən proseslərin bir hissəsi olmaq niyyəti ilə gəlib və bundan ilhamlanıblar", - Rubio vurğulayıb.

Dövlət katibi qeyd edib ki, amerikalı investorlar Macarıstanın biznes sahəsinin sabitliyinə əmindirlər.

"Bu ona görə baş verir ki, sizdə investisiyaları qoruyacaq, şirkətlərin böyüməsinə və inkişafına imkan verən rəqabətli qaydalarla biznes üçün əlverişli mühit təmin edəcək güclü rəhbərlik var", - o bildirib.

Rubio həmçinin bu gün nüvə energetikası sahəsində imzalanmış yeni ikitərəfli sazişi qeyd edib. Onun sözlərinə görə, bu saziş ölkələr arasında müxtəlif sahələrdə daha geniş əməkdaşlığın başlanğıcı olacaq.

"ABŞ və Macarıstan arasındakı münasibətlər misli görünməmiş yüksək səviyyəyə çatıb. Biz münasibətlərin qızıl dövrünə qədəm qoyuruq. Bu, təkcə xalqlarımızın maraqlarının üst-üstə düşməsinə görə deyil, həm də iki dövlətin rəhbərliyi arasındakı sıx qarşılıqlı əməkdaşlıq sayəsində baş verir", - dövlət katibi əlavə edib.

.